Aston Martin-in qərarı yeni reqlamentdən asılıdır

Sayta qoyulub: 15:04 20.09.2017 (150 dəfə oxunub)

Biz bir neçə dəfə xəbər vermişdik ki, Red Bull komandasının tərəfdaşı Aston Martin şirkəti 2021-ci ildən çempionata motor təchizatçısı kimi qatılmaq istəyir.

F-1.az-ın əldə etdiyi məlumata görə, şirkətin icraçı direktoru Əndi Palmer bu sahədə ixtisaslaşmışİlmor və Cosworth şirkətləri ilə danışıqlar aparıb, amma o hesab edir ki, qərar güc qurğusunun yekun dəyərindən asılı olacaq…

Əndi Palmer: “Mən hazırda şirkətimizin gələn il bu idmanda proqramının nədən ibarət olması üzrə danışıqlar aparıram. Amma çox şey 2021-ci ildə qəbul olunacaq yeni motor reqlamentindən asılı olacaq.

Əgər idmana əvvəlki dramatizm qayıdarsa, mühərriklərin qiymətləri azalarsa, Aston Martin müstəqil motor təchizatçısı kimi çempionata gələ bilər. Bu halda biz artıq gələn ildən idmanda iştirakımızı genişləndirəcəyik. Ümid edirəm ki, yeni reqlament ilin sonunadək tam formalaşacaq…”

XƏBƏR LENTİ