Realda birdən-birə 2 yeni müqavilə

Sayta qoyulub: 15:04 20.09.2017 (351 dəfə oxunub)

Madridin "Real" klubu bu gün iki üzvü ilə müqaviləni artırıb.

 

Mvsümün sonunda sözləşməsi bitəcək baş məşqçi Zinəddin Zidanla yeni anlaşma əldə edilib. Bu barədə mütəxəssisin özü məlumat verib.

 

Ondan başqa kral klubu futbolçusu Kərim Benzema ilə müqavilə müddətini uzadıb.


Fransalı hücumçunun yeni sözləşməsi 2021-ci ilin iyun ayına qədərdir.Buna əsasən onun məvacibi ildə 7,5 milyon avro təşkil edəcək. Forvardı almaq istəyən klub isə 1 milyard avroluq bəndi aktivləşdirməlidir.


Qeyd edək ki, 29 yaşlı futbolçu 2009-c ildə "Lion"dan "Real"a keçib. O, "Kral klubu"nunun heyətində ümumilikdə 247 oyuna 122 qol vurub.

 

Realda birdən-birə 2 yeni müqavilə

XƏBƏR LENTİ