Ndlovu Avropa klublarının maraq dairəsində

Sayta qoyulub: 14:26 20.09.2017 (380 dəfə oxunub)

Danimarkada "Qarabağ"ı Çempionlar Liqasına çıxaran qolu vuran Dino Ndolovu Avropanın bir sıra aparıcı klublarının maraq dairəsinə düşüb. CAR-lı hücumçu əsasən "Böyük beşlik" ölkələrindən təkliflər alıb. İtaliyadan 2, Almaniya və Fransadan 1 komandanın menecerləri bu məqsədlə avqustun 27-də Bakıya gələcək, "Roma" ilə qarşılaşmanı izləyəcək. Həmçinin Türkiyə və Rusiyanın elita təmsilçiləri də afrikalı ulduzı diqqət mərkəzində saxlayır.

XƏBƏR LENTİ