AFFA "Neftçi" və "Zirə"ni cərimələdi

Sayta qoyulub: 12:46 20.09.2017 (142 dəfə oxunub)

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının VI turunun görüşlərində baş verənlər müzakirə olunub. “Neftçi” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib.

“Ağ-qaralar” isə ikinci sarı vərəqə üzündən meydandan qovulan Mirabdulla Abbasova görə ziyana düşüb. “Neftçi” 200 manat cərimələnibsə, futbolçu 1 oyunluq kənarlaşdırılıb.

XƏBƏR LENTİ