Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Sinqapur-2017: Maraqlı statistika

Sayta qoyulub: 07:50 20.09.2017 (42 dəfə oxunub)

Sinqapur Qran Prisindən sonra məşhur ekspert Mikele Merlino maraqlı statistik məlumatlar hazırlayıb. F-1.az bu məlumatları sizin nəzərinizə çatdırır…

SIRALANMA TURU

Sebastyan Fettel Sinqapurda 4-cü poulunu qazanıb – mövsümdə 3-cü poul karyerasında 49-cu olub. Maraqlıdır ki, Fettelin pouldan start aldığı əvvəlki 3 yarış almaniyalı sürücünün qələbəsi ilə başa çatmışdı.

Fettelin sıralanma turunda göstərdiyi nəticə (1:39.491) keçən il Niko Rosberqin son sessiyada poul qazandığı nəticədən 3 saniyədən çox sürətli olub (1:42.584).

Fettelin poulu Ferrari motorları üçün 213-cü olub – bu nəticəyə görə italyanlar Renault-ya çatıblar. Bu poullardan yalnız biri Ferrari şassisində qazanılmayıb – 2008-ci ildə yağışlı Montsada Fettel Toro Rosso-nun sükanı arxasında fərqlənmişdi.

Sıralanma turunda ikinci nəticə göstərmiş Maks Fertsappen bu trasda ən yaxşı nəticəsinə sevinib. Düz bir il əvvəl sonuncu dəfə Red Bull sürücüləri məhz Sinqapurda ilk cərgədən start almışdılar.

Lyuis Həmilton 3-cü dəfə Sinqapurda sıralanma turunda 5-ci olub – bu, 3 dəfə Marina Beydə pouldan start alan britaniyalının ən pis nəticəsidir.

 

YARIŞ

Sinqapurda yarışı birinci başa vuran Lyuis Həmilton ardıcıl 3-cü, mövsümdə 7-ci, karyerasında isə 60-cı qələbəsini qazanıb. Lyuis karyerasında ikinci dəfə 4-cü yerdən aşağıdan start alaraq qələbə qazanıb – ilk belə qələbəni 2014-cü ildə 6-cı yerdən start aldığı Britaniya Qran Prisində qazanmışdı.

Həmiltonun qələbəsi və Fettelin uğursuzluğu titul uğrunda mübarizədə britaniyalının üstünlüyünü 28 xala çatdırıb. Bu il çempionatın liderinin belə üstünlüyü olmamışdı, amma Sebastyan tarixdə bundan da çox geriqalmaları aradan qaldırıb. 2010-cu ildə almaniyalı sürücü mövsümün sonuna 6 yarış qalmış Həmiltona 31 xal, 2012-ci ildə mövsümün sonuna 7 yarış qalmış Alonsoya 39 xal uduzurdu, lakin hər iki halda dünya çempionu olmuşdu.

Fettelin finiş görməməsindən sonra Lyuis Həmilton peletonda yeganə sürücüdür ki, bütün yarışları sona qədər başa vurub – 834 dövrə. Esteban Okon da bütün yarışları başa vurub, amma fransalı sürücünün aktivində 828 dövrə var.

Həmiltonun Sinqapurdakı qələbəsi Mercedes-in turbo erada 60-cı qələbəsi olub.

Lyuisin yarış zamanı imza atdığı sürətli dövrə (55-ci dövrədə 1:45.008) keçən il Daniel Rikkardonun göstərdiyi nəticədən 2 saniyə yüksəkdir (45-ci dövrədə 1:47.187).

Həmilton ardıcıl 19-cu yarışında xal qazanmaqla karyerasında ən yaxşı seriyanı təkrarlayıb – 2014-cü ilin İtaliya Qran Prisindən 2015-ci ilin İtaliya Qran Prisinədək.

Sinqapurda keçirilən 10-cu yarışda 5-ci dəfə yarışın qalibi startdan finişədək liderlik edib.

Daniel Rikkardo mövsümdə 7-ci dəfə podiuma qalxıb. Onun komanda yoldaşı Maks Ferstappen isə 7-ci dəfə mübarizəni yarımçıq dayandırıb, 3-cü dəfə bu hal ilk dövrədə baş verib. Rikkardonun podiumu karyerasında 25-ci olub və o, bu göstəriciyə görə Jaki İkslə 38-ci yerdə qərarlaşıb.

Valtteri Bottas mövsümdə 10-cu podiumunu qazanaraq, Fettellə bərabərləşib.

Serxio Peres 5-ci olmaqla uğurlu seriyasına davam edib – meksikalı sürücü iştirak etdiyi 7 Sinqapur Qran Prisinin hamısında xal qazanıb, amma bu yarışların heç birinə ilk onluqdan başlamayıb. Onun komanda yoldaşı Esteban Okon finişdə 10-cu olub – Force İndia komandası mövsümdə 11-ci dəfə hər iki sürücüsü ilə finiş görüb.

Güclü sürücülərin mübarizəni vaxından əvvəl dayandırmaları üzündən 3 sürücü Sinqapurda karyeralarında ən yaxşı nəticəyə seviniblər – Karlos Sayns 4-cü, Colion Palmer 6-cı və Stoffel Vandorn 7-ci yeri tutublar.

Sebastyan Fettel və Kimi Rəykkönenin birinci dövrədə mübarizəni dayandırması son 11 ildə Ferrari üçün ikinci dəfə baş verib. Sonuncu dəfə hər iki Skuderiya sürücüsü 2015-ci ilin Meksika yarışında finiş görməmişdi, bundan əvvəl isə 2006-cı ilin Avstraliya yarışında – o zaman komandanın şərəfini Mixael Şumaxer və Felipe Massa qoruyurdular.

970 Qran Prilik tarix ərzində ilk dəfə Ferrari-nin hər iki sürücüsü mübarizəni elə ilk dövrədəcə dayandırıb.

Niko Hülkenberq Sinqapurda finiş görməsə də, yeni antirekorda sahib çıxıb  almaniyalı sürücü podiumsuz yarışların sayına görə (129 yarış) artıq həmyerlisi Adrian Sutili qabaqlayır.

3-cü dəfə Sinqapur Qran Prisi ikisaatlıq limitə yerləşməyib və yarışda nəzərdə tutulduğu qədər dövrə vurulmayıb (61 dövrə). Bu il yarış 58 dövrə davam edib, 2012-ci ildə 59, 2014-cü ildə isə 60 dövrə davam emişdi.

Sinqapurda ilk yağış yarışında rekord sayda sürücü finiş görməyib – yarışın tarixində ilk dəfə finişə cəmi 112 maşın çata bilib…

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat