AMADA-dan "Zirə" açıqlaması

Sayta qoyulub: 19:51 19.09.2017 (179 dəfə oxunub)

Azərbaycan Premyer Liqasının V turunun bütün 4 oyunundan sonra komandaların futbolçularından dopinq-test götürülüb. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli məlumat verib.

O, bildirib ki, 8 komandanın ümumilikdə 16 oyunçusundan götürülmüş test nümunələri Almaniyanın Köln şəhərində yerləşən laboratoriyaya göndərilib.

Ş.Hüseynli sentyabrından 16-da baş tutan "Neftçi” – "Zirə” matçından sonra qonaq komandanın məşqçilər heyətinin futbolçulardan test götürmək istəyən AMADA əməkdaşlarına müqavimət göstərmələrinə də münasibət bildirib. Baş direktor həmin vaxt tərəflər arasında anlaşılmazlığın olduğunu söyləyib: "Əvvəlcə bir qədər müqavimət göstəriblər. Lakin sonra vəziyyəti anlayandan sonra sakitləşiblər. Qaydalara əsasən, seçilmiş idmançı hər bir yarışdan sonra bir saat ərzində dopinq-testə cəlb olunmalıdır. Bu səbəbdən "Zirə"nin oyunçusunun paltardəyişmə otağından aparılması qaydalar çərçivəsindədir”.

 

Qeyd edək ki, AMADA tərəfindən qarşıdakı turlarda da dopinq-testlərin götürülməsi nəzərdə tutulub.

XƏBƏR LENTİ