Milli Olimpiya Komitəsinin 25 illik yubileyi qeyd olunacaq

Sayta qoyulub: 19:00 19.09.2017 (133 dəfə oxunub)

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 25 illik yubileyi qeyd olunacaq. Bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, təntənəli mərasim sentyabrın 29-da Heydər ƏliyevMərkəzində keçiriləcək. Ç.Hüseynzadə tədbirə dünyanın müxtəlif ölkələrinin MOK rəsmilərinin qatılacağını desə də, onların arasında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın yer almayacağını bildirib. Əvəzində Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti səlahiyyətlərini icra edən Yanez Kosyançiç Bakıya gələcək. Onun səfəri elə sentyabrın 29-da EOC İcraiyyə Komitəsinin Azərbaycan paytaxtında təşkil olunacaq iclası ilə bağlıdır. Bu toplantı isə "Marriott" otelində baş tutacaq.

Qeyd edək ki, MOK-a 1997-ci il iyulun 31-dən Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik edir. 

XƏBƏR LENTİ