"Hazard qayıtdığı üçün xoşbəxtik" - Kurtua

Sayta qoyulub: 09:41 19.09.2017 (182 dəfə oxunub)

"Çelsi"nin qapıçısı Tibo Kurtua zədəsini yeni sağaldan komanda yoldaşı Eden Hazard barədə danışıb.


Belçikalı qolkiper bildirib ki, E.Hazard yenidən yaşıl meydanlara qayıtdığı üçün sevinirlər: "Biz bilirik ki, Eden öz üzərində çox işləyir. O, ən yaxşı formasını yığmaq üçün çalışır. "Arsenal"la matçda onun necə futbolçu olduğunun bir daha şahidi olduq. Eden qayıtdığı üçün xoşbəxtik. Ümid edirik ki, o daha çox oynayacaq".


Qeyd edək ki, E.Hazardın İngiltərə liqa kubokunun 1/16 finalında "Nottinqem Forest"lə qarşı matçda bu mövsüm ilk dəfə start heyətdə yer alacağı gözlənilir.

 

 

"Hazard qayıtdığı üçün xoşbəxtik" - Kurtua

 

 

 

qol.az

XƏBƏR LENTİ