"Bizi Azərbaycana çətin səfər gözləyir" - Koke

Sayta qoyulub: 09:37 14.09.2017 (195 dəfə oxunub)

"İlk məqsədimiz qrupdan çıxmaqdır. Bizi "Roma" və "Çelsi" ilə ağır oyunlar, eləcə də Azərbaycana çətin səfər gözləyir”.


Bu sözləri "Atletiko"nun futbolçusu Koke deyib.


25 yaşlı yarımmüdafiəçi  Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Roma” ilə qolsuz bərabərə qaldıqları oyun barədə də danışıb: "Hesabı açmaq üçün lazım olan hər şeyi etdik. Ancaq ya rəqibin müdafiəçiləri, ya qapıçısı, ya da qapı tiri qol vurmağımıza mane oldu.  “Roma”  böyük komandadır. Onlara qarşı yaxşı oynasaq da, bu, üç xal qazanmaq üçün kifayət etmədi".


Qeyd edək ki, “Atletiko"nu ÇL-in qrup mərhələsindəki rəqibləri "Çelsi", "Roma" və "Qarabağ"dır.

 

 

"Bizi Azərbaycana çətin səfər gözləyir" - Koke

 

 

 

qol.az

XƏBƏR LENTİ