"Kəpəz" "Qarabağ"la oyuna hazırlaşır

Sayta qoyulub: 15:12 13.09.2017 (144 dəfə oxunub)

"Kəpəz" "Qarabağ"la oyuna hazırlaşır
 

Topaz Premyer Liqasının 5-ci turunda "Qarabağ"la qarşılaşacaq "Kəpəz" dünəndən səfər oyununun hazırlıqlarına başlayıb.  Bakıda məşq edən “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. Məşq prosesləri hər gün saat 11:00-a təyin olunub. “Kəpəz” matç öncəsi son məşqinə isə oyunun keçiriləcəyi arenada çıxacaq. Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu sentyabrın 17-də keçiriləcək. 

XƏBƏR LENTİ