McLaren və Honda ayrılıq qərarını cümə günü açıqlaya bilərlər…

Sayta qoyulub: 14:19 13.09.2017 (181 dəfə oxunub)

Bu barədə şayiələr son günlər çoxalmışdı. Motorsport yenə bu məsələyə toxunub və McLaren ilə Renault-nun 2018-2020-ci illər üçün müqavilə bağladıqlarını yazıb – rəsmi açıqlamanın cümə günü veriləcəyi bildirilir.

F-1.az Toro Rosso komandasının Honda, McLaren komandasının isə Renault motorlarına keçəcəyi barədə söhbətlərin gəzdiyini bildirmişdi. Yeni müqavilə 2020-ci ilin sonuna – mühərriklərlə bağlı hazırki reqlamentin başa çatacağı vaxta qədər olacaq. McLaren-in Red Bull ilə eyni güc qurğularını alacağı bildirilir. Eyni zamanda Toro Rosso-nun da Honda ilə artıq müqavilə imzaladığı iddia olunur.

Digər maraqlı məsələ isə sürücülərlə bağlıdır. Çox güman ki, Fernando Alonsonun komandası ilə yeni müqavilə imzalayacağı, Karlos Saynsın isə Renault-ya keçəcəyi açıqlanacaq…

XƏBƏR LENTİ