Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Qarabağ"a gəlməzdən əvvəl Reynaldo və Almeyda ilə məsləhətləşdim" - Pedro

Sayta qoyulub: 12:27 13.09.2017 (116 dəfə oxunub)

Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Çelsi"yə məğlub olan (6:0) "Qarabağ" bu gün Bakıya qayıdıb.

Ağdam klubunun yeni transferi Pedro Enrike Heydər Əliyev adına Hava Limanında Newsport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Böyük hesabla məğlub olduğunuz oyun barədə nə deyə bilərsən?

- Məğlubiyyətdən sonra danışmaq hər zaman çətin olur. Onu da başa düşürük ki, bəzi səhvləri etməli deyildik. Daha az fərqlə məğlub ola bilərdik. Amma nə edə bilərik? İrəli baxmalıyıq və belə oyunlardan nəticə çıxarmalıyıq.

- Yeni transfer olmağına baxmayaraq, start heyətdə meydana çıxdın. Artıq komandaya adaptasiya olunduğunu düşünmək olar?

- Klub dəyişmək hər zaman çətin olur. Yeni komanda yoldaşlarına alışmaq bir qədər zaman alır. Amma mən bunu mümkün qədər tez etməyə çalışıram. Start heyətdə meydana çıxmağımda əsas rolu komanda yoldaşlarım oynadı. Eyni  zamanda, baş məşqçimiz mənimlə söhbət etdi və mənə xüsusi motivasiya verdi. Mən də bunu meydanda göstərməyə çalışdım. Düşünürəm ki, ilk hissədə çox qaçdım, ikinci hissədə isə oyunun ritmi öz sözünü dedi, bir qədər yoruldum. Qarşıdakı oyunlarda komandama daha çox xeyir verməyə çalışacam.

- Ümumiyyətlə, Azərbaycan çempionatı haqda bilgin var?

- Gəlməzdən öncə məlumat almağa çalışdım. Azərbaycanda oynayan futbolçularla əlaqə saxladım, müəyyən qədər məlumat aldım. Azərbaycan çempionatı haqda məlumatım var. Bütün oyunlara həvəslə çıxmağa çalışacam.

- Azərbaycana gəlməzdən öncə hansı futbolçulardan məlumat almısan?

- Mən "Qarabağ"a qarşı oynamış futbolçularla da danışmışam, Reynaldo və Riçardla məsləhətləşmişəm. Bundan başqa, Avropa Liqasında "Qarabağ"a qarşı oynamış bir neçə fransalı futbolçudan məsləhət almışam.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat