Həmyerlimiz "Slaviya"nın heyətində növbəti oyuna çıxdı

Sayta qoyulub: 10:30 12.09.2017 (255 dəfə oxunub)

Çexiya yüksək liqasında çıxış edən klubların 21 yaşadək futbolçulardan ibarət komandaları arasında keçirilən ölkə çempoionatında 7-ci turun qarşılaşmaları oynanılır. Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi doğma meydanda “Hradeç”lə qarşılaşıb. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.Meydana start heyətində çıxan həmyerlimiz 81-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Fəridin komandası 7 turdan sonra 11 xalla dördüncü pillədə qərarlaşıb. “Slaviya” lider “Teplitse”dən 7 xal geri qalır. 

XƏBƏR LENTİ