Romanın baş məşqçisi:"Xarakterli futbolçulara ehtiyacımız var"

Sayta qoyulub: 08:07 12.09.2017 (254 dəfə oxunub)

Romanın baş məşqçisi Eusebio Di Françesko Atletiko ilə qarşıdakı oyun haqqında fikirlərini bildirib.

 

«Dieqo Simeonenin komandalarının öz  futbolu var. Məhz bununla onlar nəticə qazanırlar. Ola bilsin ki, bu gözəl alınmır. Lakin əsas odur ki, effektivdir.

 

Öz komandamdan maksimum kompakt oyun gözləyirəm. Bunu tam başa salmaq üçün bir neçə söz yetməz.

 

Rəqibin işini çətinə salmaq üçün planımız var. Lakin bunu sizə deyə bilməyəcəyəm. Komandamıza xarakterli futbolçular lazımdır ki, lazım olan halda məsuliyyəti üzərlərinə götürsünlər», – deyə məşqçi bildirib.

 

 

XƏBƏR LENTİ