Rəşad Sadiqov yenidən "Neftçi"də

Sayta qoyulub: 14:40 11.09.2017 (273 dəfə oxunub)

Son mövsümü “Zirə”də keçirən Rəşad Sadiqov karyerasını “Neftçi”də davam etdirəcək. O, mövsümün sonuna qədər klubla müqavilə bağlayıb. “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli məlumatı təsdiqləyib. O, həmçinin millimizin futbolçusu Emin Mahmudovla danışıqlar apardıqlarını və onun transferinin gündəmdə olduğunu deyib. Xatırladaq ki, R.Sadiqov 2003-2008 və 2012-2014-cü illərdə də "ağ-qaralar"ın şərəfini qoruyub. 

Qol.az

XƏBƏR LENTİ