Əliyar Avropa Liqasının oyununda - təyinat

Sayta qoyulub: 14:18 11.09.2017 (219 dəfə oxunub)

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqası matçına təyinat alıb.


O, Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək “Gimaraeş” (Portuqaliya) -  “Zalsburq” (Avstriya) qarşılaşmasını idarə edəcək.


Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Mübariz Həşimov ehtiyat hakim funksiyasını yerinə yetirəcək. Matçın əlavə hakim köməkçiləri isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

 

Qeyd edək ki, sentyabrın 14-də keçiriləcək “Gimaraeş” - “Zalsburq” oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

 

Əliyar Avropa Liqasının oyununda - təyinat

 

 

 

qol.az

XƏBƏR LENTİ