Rəşad Sadiqov yenidən "Neftçi"də

Sayta qoyulub: 12:37 11.09.2017 (231 dəfə oxunub)

Sov mövsümü “Zirə”də keçirən Rəşad Sadiqov karyerasını “Neftçi”də davam etdirəcək.


O, mövsümün sonuna qədər klubla müqavilə bağlayıb. Qol.az-a açıqlamasında “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli məlumatı təsdiqləyib.


O, həmçinin millimizin futbolçusu Emin Mahmudovla danışıqlar apardıqlarını və onun transferinin gündəmdə olduğunu deyib.


Xatırladaq ki, R.Sadiqov 2003-2008 və 2012-ci illərdə də "ağ-qaralar"ın şərəfini qoruyub. 

XƏBƏR LENTİ