Sinqapur-2017: Həftəsonuna ilkin hava proqnozu

Sayta qoyulub: 12:02 11.09.2017 (199 dəfə oxunub)

Adətən ilkin proqnozlar Sinqapurda ənənəvi olaraq, goy gurultusu və yağış vəd edir. Vəziyyət bu dəfə də fərqli olmayıb.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sinoptiklər həftəsonu bütün günlərdə goy gurultusu və şimşək proqnozlaşdırırlar. Yağış yağma ehtimalı cümə və şənbə günlərində 50%-dir. Yarışın baş tutacağı bazar gününün ilk hissəsində isə bu ehtimal 40% qiymətləndirilir.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.

XƏBƏR LENTİ