El Klassikonun vaxtı dəyişdirildi

Sayta qoyulub: 08:34 11.09.2017 (346 dəfə oxunub)

İspaniya çempionatında 17-ci turun Real-Barselona qarşılaşmasının keçiriləcək gün məlum olub.

 

Madrid təmsilçisi Santyaqo Bernabeuda Barselonanı dekabrın 23-də yerli vaxtla saat 13-00-da qəbul edəcək.

 

Təqvimə görə oyun dekabrın 20-də baş tutmalıydı.

 

Məlumata görə oyun Realın xahişi ilə başqa vaxta keçirilib. Belə ki, kral klubu dekabrın 6-dan 16-na qədər BƏƏ-də klublararası dünya çempionatında iştirak edəcək.

 

 

El Klassikonun vaxtı dəyişdirildi

XƏBƏR LENTİ