Ançelotti qışda Bavariyanı tərk edəcək

Sayta qoyulub: 17:04 10.09.2017 (372 dəfə oxunub)

Bavariyanın keçmiş yarımmüdafiəçisi Mario Basler Karlo Ançelottinin qışda Çinə yollana biləcəyini qeyd edib.

 

«Eşitmişəm ki, Ançelotti Çin klubu ilə müqavilə imzalayıb. O , qışda Çində çempionat başlayanda oraya gedəcək.

 

Bunu 100 % dəqiq olan informasiya kimi söyləyə bilmərəm. Lakin bunu mənə çatdıran çox etibarlı mənbədir», — deyə Basler bildirib.



Ançelotti qışda Bavariyanı tərk edəcək

XƏBƏR LENTİ