"Çelsi"-"Qarabağ" matçının hakimləri açıqlandı

Sayta qoyulub: 14:11 10.09.2017 (285 dəfə oxunub)

Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi” – “Qarabağ” matçının hakimləri müəyyənləşib. Oyunu Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın qərarına əsasən, Anastasios Sidiropoulos baş hakim, Polixronis Kostaras, Lazaros Dimitriadisı yan xətt hakim təyin olunublar. Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Damianos Efthimiadis olacaq.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək.

XƏBƏR LENTİ