Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Konte 3 qələbə və Qarabağın yarımmüdafiə xətti haqqında

Sayta qoyulub: 10:52 10.09.2017 (450 dəfə oxunub)

Konte 3 qələbə və Qarabağın yarımmüdafiə xətti haqqında

 

Çelsinin baş məşqçisi Antonio Konte Lester üzərində qələbədən  (2:1) sonra geniş müahibə verib. Xatırladaq ki, Çelsi 4 turdan sonra 3 qələbəylə 3-cü yerdədir.

 

 

Kante və Bakoyokonun oyunu haqda

 

Nqolo əla oynadı. O , oyun səviyyəsini fantastik yüksəkliyə qaldırıb və ordan aşağı enmir. Onun oyununa tamaşa etmək zövq verir. Çox qaçır, düzgün mövqe tutur , ötürmələrdə və hücumda oynamaq qabiliyyətini sürətlə artırır. Mənim üçün futbolçunun öz üzərində işləmə xasiyyəti çox vacibdir. Nqolo da belələrindədndir.

 

Bakayoko hələliki fiziki formasını yüksəldir. Bundan başqa bizim oyun üslubumuza uyğunlaşma prosesini keçir. Topsuz əla oynayır. Lakin , topla oynama komponentində hələ inkişaf etməlidir.Gənc olması onun üçün üstünlükdür. Topla oynama aspektini yaxşılaşdırmalıdır. Ötən mövsümlə müqayisədə Kante böyük sıçrayış edib . Bunu Bakayokodon da gözləyirik.

 

 

Azarın qayıtması haqda

 

Bu bizim üçün şad xəbərdir. Sözsüz ki, hələlik ona vaxt lazımdır. Biz də tələsməməliyik. Onun komanda üçün necə vacib futbolçu olduğunu hamı bilir. Sevinirəm ki, ağır zədədən qayıda bilib.

 

 

3 ardıcıl qələbə haqda

 

Bu qaydada işimizi davam etdirməliyik. Börnli oyundakı məğlubiyyətdən sonra ardıcıl 3 qələbə qazandıq. Bu bizim üçün çox yaxşıdır.

 

Gözəl heyətimiz və əla futbolçularımız var. Bu gün penaltidən qol buraxana qədər rəqibə heç bir şans vermədik. Meydan sahibləri oyunda dönüş yaratmaq istəsələr də bizim də qol epizodlarımızın olduğunu qeyd etməliyəm.

 

Nəticədən razıyam . Lakin qarşıda işimiz çoxdur. Yeni futbolçular oyun üslubumuza uyğunlaşana qədər müəyyən problemlərimiz ola bilər.

 

Qarabağ haqqında

 

Qarşıda çempionlar liqasında oyunumuz var. Hər kəs Qarabağı qrupun autsayderi sayır. Lakin biz belə düşünmürük. Çempionlar liqasında zəif rəqib olmur. Onlar ötən il qrupda mübariz keyfiyyətlər nümayiş etdirən Kopenhageni sıradan çıxarıblar. Bu da Azərbaycan təmsilçisinin gücündən xəbər verir. Heyətlərində də kifayət qədər güclü futbolçu var. Topla oynamağı xoşlayan bir komandadır. Sol cinahdan edilən hücumları rəqiblərə çətinlik yaradır. Yarımmüdafiə xətti də yüksək səviyyədədir. Xüsusilə də Miçel , Qarayev , Almeyda üçlüyünü qeyd edə bilərəm. Bir sözlə bizi çətin oyun gözləyir. İşimizi davam etdirib çempionlar liqasına qələbə ilə başlamağa çalışacağıq. İlk turda 3 xal çox vacibdir.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat