Hakimlərimiz üçün yeni təyinatlar

Sayta qoyulub: 13:54 08.09.2017 (206 dəfə oxunub)

Azərbaycanlı FİFA referiləri bir neçə oyuna təyinat alıblar. Rəhim Həsənov sentyabrın 26-da, İstanbulda keçiriləcək UEFA Gənclər Liqasının "Beşiktaş" - "Leyptsiq" oyununu idarə edəcək.  Əliyar Ağayev isə 19 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsində  12-ci qrupun oyunlarında idarəçilik edəcək.

 

UEFA Gənclər Liqası

26 sentyabr. “Beşiktaş” (Türkiyə) - “Leyptsiq” (Almaniya)
Hakimlər: 
Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli

 

U-19 AÇ-nin ilkin seçmə mərhələsi

12-ci qrup: Ukrayna, Monteneqro, Norveç, Albaniya
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov
Oyunlar 3 -11 oktyabr tarixlərində Albaniyada keçiriləcək

 

U-17 AÇ-nin ilkin seçmə mərhələsi

12-ci qrup: Polşa, İsveç, Kipr, San Marino
Hakimlər:
 Rəhim Həsənov, Yaşar Abbasov
Oyunlar 16 oktyabr – 24 oktyabr tarixlərində Kiprdə keçiriləcək

 

U-17 AÇ-nin ilkin seçmə mərhələsi

1-ci qrup: Belçika, İsveçrə, Şimali İrlandiya, Malta
Hakimlər: 
Ömər Paşayev, Namiq Hüseynov
Oyunlar 25 oktyabr – 2 noyabr tarixlərində Maltada keçiriləcək

 

U-17 (qızlar) AÇ-nin ilkin seçmə mərhələsi

8-ci qrup: Norveç, Macarıstan, Bolqarıstan, Moldova
Hakimlər: 
Yuliya Qurbanova, Gülyana Güvəndiyeva
Oyunlar 22-28 sentyabr tarixlərində Macarıstanda keçiriləcək

XƏBƏR LENTİ