Kambiasso karyerasını bitirdi

Sayta qoyulub: 12:05 08.09.2017 (265 dəfə oxunub)

Argentina millisinin sabiq futbolçusu Esteban Kambiasso karyerasını başa vurub.


Bunu 37 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.


Qeyd edək ki, son olaraq “Olimpiokos”da çıxış edən Kambiasso “Real”, “İnter”, “River Pleyt” və “Lester” kimi komandaların formasını da geyinib. O, 10 il oynadığı “İnter”də Çempionlar Liqasını və UEFA superkubokunu qazanıb. Kambiasso ümumilikdə 431 oyunda 51 qol vurub.

 

 

Kambiasso karyerasını bitirdi

 

 

qol.az

XƏBƏR LENTİ