"Mən Quardiolaya deyil , Mançester Sitiyə yox demişəm"

Sayta qoyulub: 07:59 08.09.2017 (477 dəfə oxunub)

Kilian Mbappe PSG-dən başqa da klublarla danışıq apardığını təsdiqləyib.

 

«Bəli , mən digər klubların baş məşqçiləri ilə də görüşmüşdüm. Onlara ilkin məqsədimin Monakoda qalması olduğunu bildirmişdim.Kluba bəzi şərtlər irəli sürmüşdüm. Hansılar idi , bir müddət sonra açıqlayacam.

 

Quardiolaya yox demədim. Biz onunla meydanda mənim yerim haqqında , taktikadan danışdıq.O , futbolla yaşayan böyük məşqçidir.

 

Yalnız futboldan danışan məşqçilərdən xoşum gəlir. Emeri də eynilə Quardiola kimidir», – deyə Mbappe qeyd edib.

 

 

XƏBƏR LENTİ