"Beşiktaş" Atibanı satmaqdan imtina etdi

Sayta qoyulub: 20:14 07.09.2017 (264 dəfə oxunub)

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş”ın futbolçusu Atiba Hatçinsona Amerikadan təklif gəlib. MLS-də mübarizə aparan Kanadanın “Toronto” klubu “qara qartallar”a yarımmüdafiəçi üçün 1.5 milyon avro ödəməyə hazır olduğunu bildirib. İstanbul təmsilçisi isə gələn təklifi qəbul etməyib. Qeyd edək ki, kanadalı oyunçu “Beşiktaş” forması ilə iştirak etdiyi 124 qarşılaşmada 8 qol vurub və 14 məhsuldar ötürmə edib. Atibanın son Türkiyə çempionu ilə müqaviləsi gələn ilin may ayında başa çatır.

XƏBƏR LENTİ