UEFA “Qarabağ”ın iştirak ərizəsində düzəliş etdi

Sayta qoyulub: 15:10 07.09.2017 (322 dəfə oxunub)

UEFA “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA-dakı iştirak ərizəsində düzəliş edib. Qurumun rəsmi saytı əvvəlcə  komandanın baş məşqçisi kimi Afrandil Hacıyevi göstərmişdi. 

U-19-un baş məşqçisi Rəşad Sadıqovun oyunlar zamanı əsas komanda ilə Çempionlar Liqasında meydana çıxacağından UEFA komandanın baş məşqçisi kimi Hacıyevin adını qeyd etmişdi. Lakin Hacıyev müvəqqəti olaraq - Çempionlar Liqasının oyunları zamanı U-19-a rəhbərlik edəcək.

Qitənin ali futbol qrumu artıq səhvini aradan qaldırıb və komandanın baş məşqçisi kimi Sadıqov göstərilib.

XƏBƏR LENTİ