Yığmamızın keçmiş üzvü Bolqarıstana qızıl medal qazandırdı

Sayta qoyulub: 12:30 06.09.2017 (330 dəfə oxunub)

Polşada 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatı keçirilib. Yarışda Azərbaycan millisinin sabiq idmançısı Boris Yotov da qitənin ən güclüsü adını qazanıb. Rio-2016-da yığmamızın heyətində yer almış bolqarıstanlı akademik avarçəkmə yarışlarında 2000 m məsafəyə yürüşdə finiş xəttinə birinci çatıb. O, bu məsafəni 7:28,74 dəqiqəyə qət edib.

Qeyd edək ki, 21 yaşlı Yotov bu ilin mayından vətəni Bolqarıstana qayıdıb. 

XƏBƏR LENTİ