Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Məhəmmədrəsul Məcidov: “Azərbaycan adına üçüncü "qızıl"ı qazandığım üçün fəxr edirəm”

Sayta qoyulub: 09:54 04.09.2017 (223 dəfə oxunub)

Məhəmmədrəsul Məcidov: “Azərbaycan adına üçüncü "qızıl"ı qazandığım üçün fəxr edirəm”


Almaniyanın Hamburq şəhərində kişi boksçuların dünya çempionatı başa çatıb. Mundiala 4 idmançı ilə qatılan millimiz iki medal qazanıb. Boksçularımızdan Kamran Şahsuvarlı üçüncü olduğu halda, ən ağır çəkidə yarışan Məhəmmədrəsul Məcidov bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub. Vətənə dönən dünya çempionu öz fikirlərini bölüşüb.

 

- Qələbə münasibətilə təbrik edirəm. Nə hiss edirsiniz?

- Təşəkkür edirəm. Çox xoş, çox gözəl hisslərdi. Azərbaycan adına üçüncü qızıl medalı qazandığım üçün fəxr edirəm. Məni dəstəkləyən, azarkeşlik edən hər kəsə minnətdaram.

 

- Həlledici döyüş necə keçdi?

- Əlbəttə ki, asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim.

 

- Komanda yoldaşlarından bəziləri hakim ədalətsizliyi səbəbindən məğlub oldu. Bu barədə nə deyə bilərsiz?

- Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq.

 

- Komanda hesabında Avropa ölkələri arasında hər kəsi qabaqladınız...

- Bəli, Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədi.

 

- Hakimlik haqqında nə deyə bilərsiniz?

- Hakimlik haqqında nə deyə bilərəm? Mənə qarşı bir qərəz olmadı.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat