Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Cüdoçularımız dünya çempionatında daha 2 medal qazandı

Sayta qoyulub: 19:27 02.09.2017 (257 dəfə oxunub)

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı başa çatıb. Qol.az-ın məlumatına görə, yarışın 6-cı gündə Azərbaycan millisinin daha 4 idmançısı tatamiyə çıxıb.
 
Kişilər
100 kq

 
Bu çəkidə iki idmançımız mübarizə aparıb.  Elxan Məmmədov yarışa 1/16 finaldan start verib. O, ilk görüşündə  Kayl Reyeslə (Kanada) üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz  1/8-də Anton Savitskini (Ukrayna) məğlub edib. İdmançımız 1/4 finaldakı isə Kazbek Zankişiyevə (Rusiya) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü Varlam Lipartelianiyə uduzan Məmmədov bürünc medal uğrunda yarışmalı olub.
 
Elmar Qasımov da mundiala 1/16 finaldan başlayıb. İlk olaraq  Otqonbaatar Lxaqvasureni (Monqolustan) yolundan kənarlaşdıran cüdoçumuz 1/8 finalda Portuqaliya idmançısı Jorje Fonsekadan üstün olub. 1/4 finalda Aaron Volfa (Yaponiya)  Qasımov təsəlliverici görüşlərdə ilk olaraq belçikalı Toma Nikoforovla qarşılaşıb. Bu rəqibinə qalib gələn Elmar “bürünc” üçün komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb.
 
Görüşü qələbə ilə başa vuran Qasımov mundialı üçüncü pillədə tamamlayıb.
 
+100 kq

Ən ağır çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokouri ilk görüşündəcə Rafael Silvaya (Braziliya )uduzaraq dünya çempionatı ilə erkən vidalaşıb.
 
Qadınlar
+78 kq

Bu çəkidəki təmsilçimiz İrina Kindzerskaya Essohanam Koro ilə üz-üzə gəlib və qalib gəlib. Cüdoçumuz 1/8 finalda Santa Pakentyeni (Litva) məğlub edib. İrina növbəti mərhələdə Larisa Seriçə (Bosniya və Herseqovina) qalib gəlib. O,  yarımfinalda  Sonq Yudandan (Çin) zəif olub. Təmsilçimiz “bürünc” uğrunda isə  Tisse Savelkulsla (Hollandiya) qarşılaşıb. Rəqibinə qalib gələn İrina mundialı bürünc medalla başa vurub.
 
Qeyd edək ki, mundialın geridə qalan günlərində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal qazanıblar.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat