“Mən bu hisləri gözəl başa düşürəm”

Sayta qoyulub: 12:03 02.09.2017 (327 dəfə oxunub)

“31 yaşda dünya çempionatında finala çıxmağın necə gözəl bir hiss olduğunu yaxşı anlayıram”.


Bu sözləri peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov həvəskar boksçular arasında Almaniyada davam edən dünya çempionatında Azərbaycan idmançısı, ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun finala çıxmasından danışarkən deyib.


“Ardıcıl iki boyük yarışdakı məğlubiyyətdən sonra finala çıxmaq bir boksçu üçün yüksək nailliyyətdir. Mən bunu yaxşı başa düşürəm. Sağ ol, Məhəmmədrəsul. Mən sənə inanıram” – deyə F.Məmmədov bildirib.


Qeyd edək ki, “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri və Azərbaycan Boks Federasiyasının şöbə müdiri olan F.Məmmədov da Hamburqda keçirilən dünya çempionatını izləyir. O, dünən yarımfinal döyüşündə qazandığı qələbə münasibəti ilə M.Məcidovu təbrik edib

XƏBƏR LENTİ