Cüdo üzrə dünya çempionatı: Bu gün 4 cüdoçumuz yarışacaq

Sayta qoyulub: 08:34 30.08.2017 (371 dəfə oxunub)

Cüdo üzrə dünya çempionatı: Bu gün 4 cüdoçumuz yarışacaq

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq.  Kişilər və qadın cüdoçuların hər biri mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. Kişi cüdoçulardan 73 kq çəki dərəcəsində Avropa çempionları Hidayət Heydərov ilə Rüstəm Orucov yarışacaq. Qadınlardan isə Səkinə Zayirova və İçinxorlo Munxtsedev qüvvəsini sınayacaq.

73 kq

1/32 final. Hidayət Heydərov - Ahmed əl-Meziati (Mərakeş)

1/32 final. Rüstəm Orucov - Akil Qyakova (Kosova) / Xavyer Ramires (İspaniya) cütünün qalibi

57 kq

1/32 final. Səkinə Zayirova - Viktoriya Mayorosova (Slovakiya)

1/32 final. İçinxorlo Munxtsedev - Xayone Ekuisoayn (İspaniya)

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq. 

Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş medal qazanıb. 

XƏBƏR LENTİ