"Qarabağ"dan 3 milyonluq transfer?

Sayta qoyulub: 08:08 29.08.2017 (709 dəfə oxunub)

Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək “Qarabağ” klubu heyətini gücləndirir.


Ağdam təmsilçisi Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Pedro Enrike Konzeni icarəyə götürməyə hazırlaşır.


Yaxın günlərdə tərəflər arasında müqavilənin imzalanacağı gözlənilir.


PAOK klubunun idman direktoru Lubos Miçel  məlumatı təsdiqləyib. O bildirib ki, hələlik razılıq əldə olunmasa da, danışıqlar gedir.


Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. O, yunan klubunda 23 oyunda 6 qol vurub.

 

 

 

 

 

 

 

 

 

"Qafqazinfo"

XƏBƏR LENTİ