Cüdoçumuz dünya çempionatının gümüş medalını qazandı

Sayta qoyulub: 18:22 28.08.2017 (240 dəfə oxunub)

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib. Ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Orxan Səfərov mundiala 1/16 finaldan başlayıb. O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Güləşçimiz 49 saniyəyə rəqibini üstələyib.

1/8 finalda portuqaliyalı Qonsalo Mansinyonu 30 saniyəyə məğlub edən  yarımfinala vəsiqə uğrunda görüşdə qazaxıstanlı Eldost Smetovla qarşılaşıb. Orxan bu rəqibinə də vaxtından əvvəl qalib gələrək yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn idmançımız finala yüksəlib. Orxanın həlledici qarşılaşmada rəqibi yaponiyalı Noişa Takato olub. Bu görüşdə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənib. Qadınların mübarizəsində 48 kq çəki dərəcəsində yığmamız iki idmançı ilə təmsil olunub. 1/32 finaldan mübarizəyə qoşulan Bazarraqça Erdenebat ilk görüşdə rumıniyalı Aleksandra Popla qarşılaşıb. İdmançımız ilk görüçündəcə uduzub. 48 kq çəkidə digər təmsilçimiz Leyla Əliyeva da uğursuz çıxış edib. O, 1/16 finalda yaponiyalı Funa Tanakeyə uduzub.Qeyd edək ki, Azərbaycan yığması Macarıstana 17 cüdoçu (9 kişi, 8 qadın) ilə yollanıb.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ