Belçikada podiumda 3 fərqli komanda!

Sayta qoyulub: 18:54 27.08.2017 (216 dəfə oxunub)

Bu gün Belçikada mövsümün 12-ci yarışı baş tutub.

F-1.az xəbər verir ki, Həmilton pouldan başladığı yarışda qüsursuz performans göstərərək, qalib gəlib. İkinci yeri isə çempionatın lideri Sebastyan Fettel. Podiumun son pilləsini isə Daniel Rikkardo tutub. Beləliklə avstraliyalı sürücü Belçikada son 4 ildə 3-cü dəfə podiuma yüksəlib.

Ferrari komandasının digər sürücüsü Rəykkönen 4-cü, Bottas 5-ci, Hülkenberq 6-cı, Qrojan 7-ci, Massa 8-ci, Okon 9-cu, Saynz 10-cu yerləri tutublar.

Maks Ferstappen isə mexaniki problem yaşayaraq, bu mövsüm 6-cı dəfə mübarizəni vaxtından əvvəl dayandırıb

XƏBƏR LENTİ