Bütün dünyanın izlədiyi döyüşdən fotolar

Sayta qoyulub: 16:55 27.08.2017 (411 dəfə oxunub)

ABŞ-ın Las-Veqas şəhərində tarixi boks döyüşlərindən biri keçirilib. 5 çəki dərəcəsində amerikalı keçmiş dünya çempionu kiçik Floyd Meyvezer MMA döyüşçüsü və UFC çempionu, irlandiyalı Konor Makqreqorla qarşılaşıb. 

Görüş 40 yaşlı Meyvezerin texniki nokautla qələbəsi ilə yekunlaşıb. 29 yaşlı Makqreqor döyüşün əvvəlində üstün görünüb, rəqibindən fəal və dəqiq olub. Lakin Meyvezer dördüncü raunddan təşəbbüsü öz əlinə almağa başlayıb. O, Makqreqora zərbələr endirib, klassik boks məktəbinin üstünlüyünü MMA universal texnikası üzərində göstərib. 

Meyvezer raunddan-raunda tempi artırıb, Makqreqoru daha çox müdafiəyə diqqət yetirməyə məcbur edib. Get-gedə yorulmağa başlayan irlandiyalı döyüşçü 8-ci raundda demək olar ki, tam haldan düşüb. 10-cu raundda Meyvezer məhsuldar seriya keçirdiyi vaxt referi döyüşü dayandırıb və amerikalı boksçuya texniki qələbə verib. 

Qeyd edək ki, bu, Konor Makqreqor üçün peşəkar rinqdə debüt qarşılaşması olub. Floyd Meyvezer isə karyerasında 50-ci qələbəsini qazanaraq, əfsanəvi Rokki Marçianonun rekordunu keçib. Makqreqor üzərində qələbədən sonra Meyvezer karyerasını bitdiyini elan edib. 
 
XƏBƏR LENTİ