Hamilton Şumaxerə çatdı

Sayta qoyulub: 15:18 26.08.2017 (217 dəfə oxunub)

Hamilton Şumaxerə çatdı


Belçikada formula 1 üzrə dünya çempionatının 12-ci mərhələsinin təsnifat yarışı keçirilib. 

Almaniyanın Mersedes komandasının üzvü Lyuis Hamilton bütün sessiyalarda hamdan yaxşı  nəticə göstərək poul qazanıb. Bu onun karyerasında 68-ci belə uğuru olub. Bununla da Hamilton poulların sayına görə əfsanəvi Mixael Şumaxerə çatıb.

2-ci yeri son saniyələrdəki dövrəsi ilə Fettel tutub. Alman pilot ilk cərgənin Mersedesə qismət olmasına imkan verməyib. Bottasdan sonra həmyerlisi Raykkonen qərarlaşıb.Ferstappen 5, Rikardo isə 6-cı nəticə göstərib.



XƏBƏR LENTİ