Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Futbolçuların Çinə transfer olunmalarının pərdəarxası

Sayta qoyulub: 08:14 23.08.2017 (377 dəfə oxunub)

 

 

 

Çinlilər tarix boyu ən ağıllı millətlərdən biri hesab ediliblər. Futbola da bu cür güclü giriş etmələri buna misal ola bilər. Daha əvvəl bu tip transfer bumu edən Birləşmiş Ərəb Əmirlikləri, Qatar və Rusiya kimi ölkələr olsa da, bu dəfə məqsəd heç də eyni deyil. Çinin məqsədi təqaüdə çıxan futbolçuları yığmaq deyil, əsas məqsəd hər kəsin xəyal hesab etdiyi şeyi reallığa döndərməkdir.

İqtisadi Tarix

1980-ci illərə qədər qapalı iqtisadiyyat sistemiylə özəlləşməyə icazə verməyən Çin höküməti, həmin dövrdə yenidən xüsusi təşəbbüslərə icazə verərək, iqtisadiyyatında yüksəliş etməyə nail oldu. Dünya Ticarət Təşkilatına da üzv olan Çin, bununla beynəlxalq ticarət qanunlarına əməl edəcəyini bəyan etdi. Bundan sonra bir anda böyük inkişaf tempi müşahidə edilən Çin iqtisadiyyatı hal-hazırda dünyanın 2-ci ən böyük iqtisadiyyatıdır. Növbəti 10 il ərzində də 1-ci yerə qalxacağı ehtimal edilir.

Çin rəhbəri Xi Jinping və Futbol

Çinin rəhbəri Xi möhkəm Manchester United azarkeşidir. City, Chelsea kimi klubların ərəblərə, ruslara satılmasıyla, bu United sevdası da təbii olaraq fərqli hisslərə səbəb olub. Lakin Xi Jinping’in ən böyük xəyalı Dünya Kubokunun Çində keçirilməsinə nail olmaqdır. Xüsusilə Çin Milli Komandasının son 3 Dünya Kubokunda iştirak edə bilməməsi, Xi’ni bu mövzuda ciddi addımlar etməyə sövq etmişdir. Xi bu xəyalını reallaşdırmaq və Çin futbolunun da dünya bazarında olmasını təmin etmək üçün artıq uzun müddətdir ki, uşaq futbolu işlərinə başlayıb. Çində hələlik 10.000 futbol məktəbi mövcuddur və Çin Futbol Federasiyasına muxtariyyət verilərək, tam müstəqilliyi təmin edilib. Növbəti 10 il ərzində Çində olan futbol məktəbi sayının 50.000-ə çatdırılması hədəflənir.

Futbol Mədəniyyəti

Çində hər həftəsonu 2-3 Premier Liqa oyunu yayımlanır və təqribi tamaşaçı sayı 300 milyonu keçir. Çinli biznesmenlər çoxdandır ki. Manchester City və Atletico Madrid kimi futbol klublarında hissə sahibləridir. Onlar get-gedə bu nüfuzu daha geniş sahəyə yayaraq, Avropa futbol klublarında daha böyük hissələr almağa çalışırlar.

Ən az 1 çinli oyuncu qaydası

Çinin ən böyük şirkətlərindən olan LEDMAN Portuqaliya 2. Liqasının sponsoru oldu. Sponsorluq razılaşmasının ən diqqət çəkən tərəfi LEDMAN şirkətinin əsas sponsorluq şərti idi. LEDMAN gələcək mövsümdən etibarən başlayacaq olan sponsorluq razılaşması üçün Portuqaliya 2. Liqasında hər komandada ən az bir çinli oyunçu və 3 köməkçi məşqçi olmasını istədi. Yəni Portuqaliya 2.Ligası Çin Bayrağı altında keçiriləcək demək mümkündür. LEDMAN’nın eyni zamanda liqanın adını dəyişdirərək “LEDMAN PROLİGA” etməsi gözlənilir.

Tv Gəlirləri və Büdcə

Çində futbola edilən sərmayalər bunlarla məhdudlaşmır. Tv gəlirləri inanılmaz həddə qədər artırılbı. Keçən ilə nisbətənbu il tv gəlirlərindən komandaların alacağı məbləğ 24 qat artmışdır. 2015-ci ildə Çin Premier Liqasındakı 16 klubun ümumi büdcəsi 570.000.000 avro-dan ibarətdir. Gəlirlər və investisiyalar elə ciddi ölçülərə çatmağa başlayıb ki, Çinin ən böyük banklarından CİTİC BANK və Çin Media Sərmayə Fondları Manchester City’nin 13%-ni satın almaq üçün 400.000.000 dollar ödəyib. Əmlak qrupu WANDA isə Atletico Madrid’in 20% hissəsi almaq üçün 45 Milyon Avro ödəyib.

Sərmayələrin stadionlara təsiri

Keçən il stadion tamaşaçı sayı illik ortalama 19.000 ikən bu il etibarı ilə ortalama 22.850 nəfərə çatmışdır. Orta hörmətli 3.200 artması həqiqətən təəccüblü bir rəqəm. Son dövrdə tez-tez eşitdiyimiz transferlər ilə gələcək mövsüm tamaşaçı ortalamasının partlayış etməsi qaçınılmaz görünür.

Təhlil və Məqsəd

Bütün bu məlumat və rəqəmlər bizə çox şeyi göstərməyə qadirdir. Çinin futbolu sanki bir dövlət siyasəti kimi mənimsəyir və bunun üzərinə çox ciddi həmlələr edir. Böyük şirkətləri və nüfuzlu iş adamları bu layihəyə ciddi dəstək verərək, ağıllı sərmayələr etməkdədir. Çin bu transferləri nə Türkiyə, nə Birləşmiş Ərəb Əmirlikləri kimi popülizmə görə etmir. Onlar çinli futbolçular üçün rəqabət mühitinin yaradılması üçün bu məqsəd uğrunda birləşiblər. Liqanın və futbolun daha cəlbedici olmasıyla açılan 10.000 futbol məktəbində yetişən gənclərin Avropaya transferi də bu məqsədlərdən biri olaraq görünür.

Çin futbolu da, iqtisadiyyatı kimi böyük yüksəlişə hazırlaşır. Çox qısa müddətdə uğur qazanacaqlarına inam isə olduqca yüksəkdir. LEDMAN şirkətinin sponsorluq üçün qoyduğu şərt də bu məqsədi açıq-aydın sərgiləyir. Çin bu addımlarıyla həm futbol bazarına olacaq, həm də çinli gənclərinin önünü açaraq, onları Avropaya inteqrasiya edəcək. Alibaba kimi şirkətlər də bu məqsəd istiqamətində müxtəlif investisiyaları etməkdə və sponsorluq ilə klubları gücləndirməkdədir.

Son illərdə Çin klublarının reallaşdırdığı şok transferlər

Uzun sözün qısası, Teixeira’nın 50 milyona, Martinezin 42 milyona transferləri yalnız sensasiyalı xəbər yaratmaq üçün deyil, eyni zamanda bir məqsəd üçün, gənclər üçün ayrılmış böyük investisiyadır. Bunun sayəsində Çin növbəti 10 il ərzində Avropa futbolunda həm bir çox vətəndaşını 5 böyük liqada əhəmiyyətli yerə daşıyacaq, həm də bu futbol bazarının əhəmiyyətli bir hissəsində özünə yer tutacaq.

 

Futbolçuların Çinə transfer olunmalarının pərdəarxası

 

 

bizimyol

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat