Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Rəsmən: Toro Rosso C.Ki ilə müqaviləni uzadıb

Sayta qoyulub: 08:05 23.08.2017 (39 dəfə oxunub)

Bu il paddokda şayiələr gəzirdi ki, Toro Rosso-nun texniki direktoru Ceyms Ki gələn ildən ana komandaya – Red Bull-a keçəcək, amma bu gün Fayentsadan təsdiq ediblər ki, 45 yaşlı britaniyalı mühəndislə müqavilə uzadılıb.

F-1.az xatırladır ki, Ceyms Toro Rosso-ya 2012-ci ilin sentyabrında Sauber komandasından gəlmişdi və dərhal da texniki departamentə başçı təyin olunmuşdu. Britaniyalı mühəndis STR8-dən başlayaraq, komandanın bütün maşınlarını hazırlayıb və hazırda gələn ilin maşını üzərində çalışır…

Frants Tost: “Formula1 komanda idmanıdır, amma bəzən çox şey konkret bir adamdan asılı olur. Bizim komandada Ceyms sübut edib ki, texniki şöbənin başçısı kimi komandada həlledici rol oynayır. Ceyms yalnız şassi hazırlamaqla, aerodinamik məsələləri həll etməklə kifayətlənmir, paddokda onun bu işlərini hamı yüksək dəyərləndirir, Ceyms həm də idarəedici vərdişlərinə malikdir. Ona görə də mən şadam ki, qarşıdakı illərdə Ceymslə çiyin-çiyinə çalışacam”.

Ceyms Ki: “Mən şadam ki, Toro Rosso-da işləməyə davam edəcəm və böyük Red Bull ailəsinin üzvü kimi qalacam. Mən bu komandaya çox hörmət edirəm və əvvəlki 5 ildə burada işləməkdən həzz almışam. Layihəmizin davamını səbirisizliklə gözləyirəm”.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat