Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Komandaların 2018-ci il üçün olan heyətləri: Müqavilələr və şayiələr

Sayta qoyulub: 13:52 22.08.2017 (91 dəfə oxunub)

Yay və payız – keçidlər barədə şayiələrin yayılması üçün ənənəvi dövrlərdir. 2018-ci ildə isə komandaların tərkiblərində ciddi dəyişikliklər mümkündür. Müqavilələr bağlandıqca, komandalar heyətlərini təsdiq etdikcə, F-1.az-ın sizə təqdim etdiyi bu material da yenilənəcək…

MERCEDES AMG

Lyuis Həmilton – müqaviləsi var, Valtteri Bottas – müqaviləsi başa çatır, lakin opsionu var; Sebastyan Fettel, Fernando Alonso
Hələlik, komanda ancaq Lyuis Həmiltonla müqaviləni təsdiqləyib. Britaniyalının dördüncü dəfə çempion olacağı təqdirdə, komandadan gedəcəyi barədə şayiələr var, lakin bunun baş verəcəyi inandırıcı görünmür. Toto Volff dəfələrlə qərar vermək üçün tələsmədiklərini bildirib, lakin yay fasiləsindən sonra Lyuisin komanda yoldaşının kim olacağı aydınlaşa bilər. Namizədlər arasında onun çempionatdakı əsas rəqibi Sebastyan Fettel də var…

 

FERRARİ

Kimi Rəykkönen – müqaviləsi təsdiqlənib, Sebastyan Fettel – müqaviləsi başa çatır; Serxio Peres, Karlos Sayns, Fernando Alonso, Maks Ferstappen
Ferrari-nin hər iki sürücü ilə müqaviləsinin müddəti bu ilin sonuna qədər idi. Lakin Fettelə komandada daha 3 il qalmaq təklif olunduğu, alman sürücünün də komandaya Rəykkönenlə müqaviləni uzatmaq şərtini qoyduğu bildirilirdi. Ferrari avqustun 22-də Kimi Rəykkönenin daha bir il komandada qalacağını təsdiqləyib.

RED BULL

Daniel Rikkardo və Maks Ferstappen – müqavilələri var; Pyer Qasli
Hər iki sürücünün komanda ilə müqaviləsi var. Rikkardo 2018-ci ilin, Ferstappen isə 2019-cu ilin sonuna qədər komandada qalmalıdır.

 

FORCE İNDİA

Esteban Okon – çoxillik müqaviləsi var, Serxio Peres – müqaviləsi başa çatır; Paskal Verlyayn
Estebanın komandada qalacağı dəqiqdir, Serxionun qərarı isə digər komandalardan gələn təkliflərdən asılı olacaq. Deyilənlərə görə, meksikalıya cəlbedici təkliflər edilir. O, komandadan ayrılarsa, yerinə keçməyə əsas namizəd Paskal Verlyayndır – belə olarsa, Mercedes mühərrikləri komandaya daha ucuz başa gələcək.

 

WİLLİAMS

Ləns Stroll – çoxillik müqaviləsi var, Felipe Massa – müqaviləsi başa çatır; Daniil Kvyat, Karlos Sayns
Lənsin komandada uzun illər qalacağına şübhə yoxdur. Massanın hansı qərarı verəcəyi məlum deyil, onu əvəzləməyə ən real namizəd isə Daniil Kvyat göstərilir. Lakin bu, hələ sadəcə şayiədir.

 

TORO ROSSO

Karlos Sayns və Daniil Kvyat – hər ikisinin çoxillik müqaviləsi var; Pyer Qasli
Karlos və Daniilin Red Bull-la müqavilələri davam edir, lakin şirkətin rəhbərliyi bildirir ki, yaxşı təzminat müqabilində onları buraxa bilər. Red Bull-un əlində hazırda Formula1-də debüt edə biləcək yeganə sürücü Pyer Qaslidir. Təbii ki, Helmut Marko kimisə tapmasa…

 

HAAS

Kevin Maqnussen – müqavilələsi var, Roman Qrojan – müqaviləsi başa çatır; Antonio Covinatsi, Şarl Lekler
Cin Haas bu yaxınlarda növbəti mövsümdə də komandanın tərkibinin dəyişməyəcəyini bildirmişdi, lakin bu hələ rəsmi təsdiqini tapmayıb.

 

RENAULT

Niko Hülkenberq – müqaviləsində gələn il üçün opsionu var, Colion Palmer – müqaviləsi başa çatır; Fernando Alonso, Robert Kubitsa, Karlos Sayns
Ən maraqlı vəziyyət Renault-dadır. Rəhbərliyin sürücü heyəti ilə bağlı qərarları başqa komandalardan da asılıdır. Nikonun müqaviləsindəki opsiondan böyük ehtimalla yararlanacaqlar, lakin Colionla müqavilənin uzadılacağı heç inandırıcı görünmür. Hətta onun bu mövsümün sonuna qədər yarışmayacağını düşünənlər də var.

 

McLAREN HONDA

 Stoffel Vandorn – çoxillik müqaviləsi var, Fernando Alonso – müqaviləsi başa çatır; Karlos Sayns
Fernandonun müqaviləsi bu il başa çatır və onun hansı qərarı qəbul edəcəyi paddokda ən çox müzakirə olunan mövzudur. İspan sürücü dəfələrlə bildirib ki, yalnız podiuma yüksəlməyə və qələbələr qazanmağa imkan verən maşın olacağı təqdirdə yarışacaq. Lakin qərarını oktyabrda verəcək. Maraqlıdır ki, komandanın gələn il üçün Censon Battonla da formal müqaviləsi var…

 

SAUBER

Markus Eriksson, Paskal Verlyayn – müqavilələri başa çatır; Antonio Covinatsi, Şarl Lekler
Hər iki sürücünün komanda ilə müqaviləsi birillikdir. Yəqin ki, Markus komandada qalacaq, çünki rəhbərlikdə isveçli himayədarları var. Belə görünür ki, onun başqa variantı da yoxdur. Digər sürücünün isə komandanı mühərriklə təchiz edən Ferrari-nin yetirmələrdindən Covinatsi və ya Lekler olacağı bildirilir.

 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat