Tsxadadze "Neftçi"nin təklifindən imtina edib?

Sayta qoyulub: 12:50 22.08.2017 (221 dəfə oxunub)

Tsxadadze "Neftçi"nin təklifindən imtina edib?
 

Topaz Premyer Liqasının 2-ci turunda ilk məşqçi istefası reallaşdı. Belə ki, uğursuz nəticələrin fonunda Elxan Abdullayevlə yollar ayrıldı. Hazırda baş məşqçi postunu müvəqqəti olaraq Elşad Əhmədova tapşıran “Neftçi” çalışdırıcı axtarışındadır. Bizdə olan məlumata görə,  Gürcüstan millisinin və “İnter”in sabiq çalışdırıcısı Kaxaber Sxadadze də namizədlər arasında olub. “Kayrat”dan ayrıldıqdan sonra istirahət edən Kaxa yayılan məlumata görə, “Neftçi” variantına isti baxmayıb. Qeyd edək ki, gürcüstanlı çalışdırıcı “İnter”in baş məşqçisi kimi Azərbaycan çempionu olub.

XƏBƏR LENTİ