Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Prosineçki niyə yubanır?

Sayta qoyulub: 19:32 21.08.2017 (153 dəfə oxunub)

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki hələ də Bakıya qayıtmayıb. AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu onun avqustun 15-də dönəcəyini bildirmişdi. Sonra bu səfər ayın 20-nə qaldı. İndi isə məlumat yayılıb ki, hazırda vətəni Xorvatiyada olan 48 yaşlı mütəxəssisin ailəsində problemin yaranıb. Belə ki, R.Prosineçkinin qızı qidadan zəhərlənib. Bu səbəbdən onun avqustun 20-nə nəzərdə tutulan Bakı səfəri növbəti dəfə yubanıb. Baş məşqçinin avqustun 22-də gələcəyi bildirilir. Azərbaycan millisi sentyabrın 1-də səfərdə Norveçlə, sentyabrın 4-də isə evdə San Marino ilə 2018-ci il dünya çempionatının seçmə oyunlarına çıxacaq. Hələlik bu qarşılaşmalar üçün heyət açıqlanmayıb. Balkanlı çalışdırıcının "qarnının ağrısı" var. Bu da AFFA rəsmiləri ilə son görüşündə razılığın əldə olunmamasıyla əlaqədardı. Prosineçki "Bursaspor"la anlaşmasına şərait yaratmayan qurumdan narazıdı. Baş verənləri heç cür unuda və bağışlaya bilmir.  Zəhərlənmə, sadəcə, növbəti bəhanədi. Prosineçki ailəsi Bakıya dönməyin əleyhinədi. Zatən müqaviləsi bu ilin dekabrında başa çatır. Yeni kontrakt isə 99 faiz ehtimalla deyə bilərik ki, uzadılmayacaq. Çün xorvatiyalı mütəxəssis indidən özünə başqa ölkələrdə "yuva" axtarır.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat