Benzemanın müqaviləsi artırılır

Sayta qoyulub: 15:29 20.08.2017 (191 dəfə oxunub)

Madrid Realı yaxın günlərdə Kərim Benzema ilə müqaviləni artıracaq.

 

Fransalı forvard ayın sonuna qədər 2021-ci ilə qədər nəzərdə tutulmuş sözləşməyə imza atacaq.

 

29 yaşlı 2009-cu ildə Reala gəldikdən bəri 2-ci dəfədir ki, sözləşməsini artırır.

 

2014-cü ildə yenilənmiş müqaviləyə əsasən Benzemanın məvacibi 5-dən 8 milyon avroya yüksəlmişdi.

 

Bu dəfəki yeni müqavilədə də forvardın məvacibinin artırılması nəzərdə tutulub.

 

Benzemanın müqaviləsi artırılır

XƏBƏR LENTİ