Heyət açıqlandı: Dünya çempionatına qiyamçılar da gedir

Sayta qoyulub: 09:22 15.08.2017 (398 dəfə oxunub)

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının ​Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.


Çempionata 8 pəhləvan yollanacaq. Heyətdə bu yaxınlarda maaşlarının verilməməsi səbəbindən etiraz aksiyası keçirən güləşçilər də yer alıb. Baş məşqçi Şaban Donat Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (90 kq) və Sabah Şəriətiyə (130 kq) şans verməyi qərara alıb.


Qeyd edək ki, dünya çempionatı 21 - 26 avqustda Fransanın paytaxtı Parisdə keçiriləcək. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə 25-26 avqustda xalça üzərinə çıxacaqlar.

 

Heyət açıqlandı: Dünya çempionatına qiyamçılar da gedir

XƏBƏR LENTİ