İspaniya millisində şok itki

Sayta qoyulub: 09:41 10.08.2017 (407 dəfə oxunub)

EuroBasket 2017-nin iddialı komandalarından biri olan İspaniya millisi əsas basketbolçularından biri  Sergio Llullu itirib.

 

 

29 yaşlı oyunçu Belçika ilə yoldaşlıq qarşılaşmasında dizindən ciddi zədə alıb. Llull komanda üzvlərinin köməyilə xəstəxanaya aparılıb.

 

Belçikanın 89-71 hesablı qələbəsindən sonra  Sergio Llullun zədəsilə bağlı açıqlama verilib. İspaniya Basketbol Federasiyasının bəyanatına görə pleymeykerin sağ diz çarpaz bağlarının qırıldığı məlum olub.

 

EuroBasketi buraxacaq  Llull ən azı 6 ay oynaya bilməyəcək.

 

Xatırladaq ki, İspaniya  31 avqustda başlayacaq və Türkiyənin də ev sahiblərindən biri olacaq EuroBasket 2017-yə son çempion kimi yollanır.



İspaniya millisində şok itki

XƏBƏR LENTİ