Ramil Quliyev bu gün finalda qaçacaq

Sayta qoyulub: 07:42 10.08.2017 (411 dəfə oxunub)

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev  Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının finalına çıxıb.


Yarımfinalda 200 metr məsafəyə qaçışda finişə birinci çatan Ramil finala vəsiqə qazanıb. O, finişə 20.17 saniyəyə çatıb. Quliyev bu gün finalda 8 nəfərlə qızıl medal uğrunda yarışacaq.


Qeyd edək ki, Azərbaycanı təmsil edən efiopiyalı Hayle İbrahimov 5 min metr məsafəyə qaçışda 13:32.15 dəqiqəyə finişə çatıb. 12-ci olan İbrahimov  finala çıxa bilməyib.

 

Ramil Quliyev bu gün finalda qaçacaq

 

 

 

 

qol.az

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ