Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Müasir futbola yön verən hadisə: Bosman qanunu

Sayta qoyulub: 14:49 09.08.2017 (301 dəfə oxunub)

Müasir futbola yön verən hadisə: Bosman qanunu

 

15 dekabr, 1995-ci il futbol üçün çox əhəmiyyətli tarixlərdən biridir. Bəzilərinə görə bu tarix nəhayət ki, futbolçuların azadlıq əldə etdiyi gündür. Digərlərinə görə isə futbolun idman olmaqdan çıxıb, biznesə çevrildiyi tarixdir. İstənilən kəskin dəyişiklikdə olduğu kimi, əslində həqiqət, bu iki mövqeyin ortasında yerləşir. Bir şeyi mübahisəsiz qəbul etməliyik ki, köhnə sistemin dəyişilməsi artıq şərt idi.
1990-ci ilin yazında ‘Jean-Marc Bosman‘ın SA Royal Club Liegeois ilə davam edən iki illik müqaviləsinin bitməsinə bir neçə ay qalmışdı. O, həftəlik maaşını 75 faiz artıracaq yeni bir təklif aldı. Çox təəccüblü olmayan bir şəkildə bu təklifi rədd etdi. Sonrasında da transfer siyahısına qoyuldu. Həmin ilin may ayında Dunkerque 26 yaşında olan Bosman’a daha yaxşı təklif verdi, amma Fransız komandası RC Liegeois ilə transfer ödənişi mövzusunda razılaşma əldə edə bilmədi. Bunun nəticəsində də, RC Liegeois tərəfindən maaşına edilən böyük ixtisarları rədd edən Bosman, Belçika Futbol Federasiyası tərəfindən müddətsiz haqq məhrumiyyəti cəzasına məhkum edildi. Bu məqamda Bosman cəsarətini topladı və Avropa Birliyinin işçilərin sərbəst hərəkət etməsi prinsiplərinə zidd olması səbəbiylə bu qaydalara qarşı çıxmağa qərar verdi. “Hüquq bürosuna məhəllədən tanıdığım bir şəxslə getdim. Liege’in müdafiə təqdim etmək üçün 15 günü var idi, lakin onlar bunu etmədilər. Belçika Federasiyası da eyni şəkildə səssiz qaldı. Beləliklə məhkəmə prosesi başlamış oldu.” Bu məhkəmə düz beş il davam etdi. Bosman karyerasının ən əhəmiyyətli illərini futbol meydançalarında deyil, məhkəmə zallarında keçirmək məcburiyyətində qaldı. Amma etdiyi bu fədakarlıqlar qarşılıqsız qalmadı və Avropa İnsan Hüquqları Məhkəməsi Bosman’ın xeyrinə qərar qəbul etdi.
Bu, nəticələri çox böyük olacaq bir qərar idi. Artıq futbolçular müqavilələrinin bitməsinə az müddət qalmış başqa klublarla danışıqlar apara bilərdilər. Əlavə olaraq, artıq komandaların heyətlərində Avropa Birliyi pasportu olan oyunçulara hər hansı bir məhdudiyyət da qoyulmayacaqdı. Bosman’ın hüquq mübarizəsi, yaxşı ya da pis şəkildə, futbolu sonsuza qədər dəyişdirdi. Bosman Qaydasının təsirləri özünü dərhal göstərməyə başladı. 1995-ci ildə Ajax, Çempionlar liqasını yaş ortalaması 23 olan bir heyətlə qazandı. Bu heyətdə yalnız iki veteran var idi: Danny Blind və Frank Rijkaard. Bu, Futbol Akademiyasında yetişən oyunçularla qurulan bir komanda idi Amma üç il ərzində Patrick Kluivert, Edgar Davids, Michael Reiziger və Winston Bogar bonservislərini aldılar və başqa komandalara getdilər. Ajax’ın köhnə kapitanı Frank Arnesen’in sözləriylə desək, Bosman Qaydasından sonra zəngin ölkələr gələrək, oyunçuları alıb getməyə başladılar.
Ajax’ın köhnə prezidentlərindən Michael van Praag vəziyyəti bu sözlərlə açıqlayır: “Bosman qaydasından sonra hər şey dəyişdi. Patrick Kluivert’i heç bir əvəzi olmadan Milana itirdik. Amma orada müvəffəqiyyət qazana bilmədi və bir il sonra onu Barcelonaya 12 milyon avroya satdılar. Patrick’i 12-13 il ərzində yetişdirən biz idik, amma əvəzində pul ala bilmədik.” Əlbəttə, növbəti illərdə futbolçuları yetişdirən klubların zərər çəkməməsi üçün bəzi tədbirlər görüldü, amma bunların heç biri kafi olmadı. Ajax, Crvena Zvezda və Steaua Buxarest kimi komandaların ən yaxşı oyunçularını heyətlərində saxlayıb. Avropa çempionu ola bildiyi günlər artıq geridə qalmışdı. Futbolçular artıq çox daha gənc yaşlarda oğurlanır və sonrasında pilot komandalara satılırdılar. Beləliklə, Avropanın elit komandaları gənc istedadlar sayəsində monopoliyanı davam etdirmək imkanı əldə etdilər. Məsələn Chelsea mövsüm başında düz 33 futbolçunu kirayə olaraq başqa komandalara göndərdi.

 

Müasir futbola yön verən hadisə: Bosman qanunu

 

Əlavə olaraq, artıq kontraktları üzərindəki kağızda yazılan haqlardan daha çoxuna malikdirlər. Yüksək keyfiyyətli oyunçular klubları yüklü bir yeni kontrakt üçün məcbur edə bilirlər: Ya istədikləri kontraktı verərsən ya da başqa komandaya gedərlər. Gazzetta dello Sport’a verdiyi açıqlamada Bosman deyir: “Bu ziddiyyətlidir. Bosman qaydas, var-dövlətin hər kəsə yenidən paylanması üçün ortaya çıxmışdı, amma hal-hazırda bundan qazanc götürənlər müəyyən bir azlıqdan ibarətdir.” “Bəzən dünyanın ən zəngin klublarından biri olan PSG haqqında düşünürəm. Qəzetlərdə oxuduğum qədəriylə Cristiano Ronaldoya həftədə 350 min avro təklif etməyi düşünürlər. Onun adına sevinirəm, amma Bosman Qaydası bütün futbolçulara xoşbəxtlik gətirmək, hüquq bəxş etmək üçün yaranıb. Qəfəsdəki heyvan kimi idilər və mən onları azad etdim.” “İnsan Hüquqları Məhkəməsinin verdiyi qərarın hələ də doğru olduğunu düşünürəm. Bu müsbət qərar idi, lakin indi çirkaba batıb. Təəssüf ki, futbol artıq sağlam deyil. Oyunçular astronomik səviyyədə ödənişlər qazanırlar. Müqavilələrə hörmət göstərilmir.”
Əlbəttə, iş dünyasında işçilərin müəyyən hüquqları var. Hüquqlar qorunmalı, futbolçuları qul etməyə qarşı çıxılmazlıdır. İngiltərədə həftəlik ən yüksək əmək haqqı 1961-ci ildə qədər 20 funt idi. Oyunçuların taleyi klublar tərəfindən nəzarət altına götürülmüşdü. Karyeraları indikindən daha qısa olduğu üçün, futbolçular bu qısa zamanı ən yaxşı formada qiymətləndirmək istəyirdilər. Hollandiyalı əfsanəvi futbolçu Johann Cruyff’un söylədiyi kimi: “Karyeram sona çatdığında bir mağazaya gedib ‘Mən Johan Cruyff’am, mənə bir az çörək ver,’ deyə bilmərəm.” Bu fikir,1982-ci ildə dünya çempionu olan İtalyan ikonu Paolo Rossi tərəfindən, Juventusla keçən gərgin kontrakt görüşmələrində də dilə gətirilmişdi: “Uşaqlarımın qarnını şan şöhrət ilə doyura bilmərəm.”
Lakin futbolçuların iş şərtlərindən şikayət etmələri hətta öz aralarında da hər zaman mübahisəli bir mövzu olub. Bobby Charlton bir dəfə “Bəzi insanlar mənə peşəkar oyunçuların futbol kölələri olduğunu söyləyirlər. Əgər köləlik dediyiniz şey budursa, mənə bu cəzanı ömürlük verin!” demişdi. İngiltərə və Manchester Unitedin qəhrəmanlarından olan Charlton bu cümləni qurduğunda 1960-cı il idi. Yəni Cristiano Ronaldo kimi bir milyonerin 2008-ci ildə özünü “kölə” kimi hiss etdiyini ifadə etməsi bir az ‘ayıb’ olaraq qiymətləndirilə bilər. Düzünü desək, tərəzinin futbolçulardan yana bir az artıq ağır qaldığını söyləmək mümkündür. Futbolçulara ödənilən pulların miqdarını haqlı çıxarmağın mümkün olduğu bir nöqtəyə çatmış vəziyyətdəyik. 20 il əvvə Vatikan, Canluici Lentini’nin Torinoda Milana 13 milyon avro qarşılığında transfer olmasını “iş etikasına hücum” adlandırmışdı. Bu gün dünyanın ən bahalı transfer ödənişi 100 milyon avro olaraq Gareth Bale üçün ödənib və Manchester City’nin Lionel Messini cəlb etmək üçün ulduz oyunçuya həftəlik 1 milyon avro ödəməyi təklif edəcəyi haqqında söz-söhbətlər gəzir.
Təbii ki, futbolun artıq əyləncə sənayesinin bir hissəsi olduğu və bu səbəbdən oyunçuların da bu sənayenin ulduzları olaraq hər şeyə layiq olduqları deyilə bilər. Lakin bu sənayedən pul qazananlar yalnız futbolçular deyil, eyni zamanda onların menecerləri də milyonları ciblərinə qoyurlar. Premier Liqa klubları bir il ərzində menecerlərə 180 milyon avro pul ödədiyi bir sistemdə bir səhv olmalıdır, deyilmi? Bu məbləğ daha da artacaq, çünki artıq menecerlər çox daha güclü olmağa başlayıblar. (məs. Jorge Mendes). Super-menecer olaraq bilinən Eric Hall-ın məşhur sözü gəlir ağıla: “Mənim işimdəki ən bərbad şey qazandığım pulun 80 %-inin oyunçulara getməsidir.” Oyunçulara nəzarət edərək qazanılan pulu qiymətləndirdiyimizdə, üçüncü şəxslərin böyük bir problem olduğunu demək çətin deyil. Bosman da bununla razılaşır. “Sərbəst dövranı əngəlləyən şeylərdən biri də budur. Çox vaxt oyunçular bürokratiyanın məhbusu olurlar. Bəzən onlara pul ödənmir. Belə hallarda FIFPro vəziyyətə müdaxilə etməli müqavilələrin yerinə yetirilməsi üçün bir təzyiq ünsürü halına gəlməlidir. Oyunçuları qorumalı, onlara yol göstərməlidirlər.”
Bosman yaxşı bir məqsəd üçün savaşdı və qalib gəldi. Dünyanın hər yerindəki futbolçular ona minnətdar olmalıdır. Ancaq 20 il sonra da futbol, hələ o qərarın təsirləriylə başa çıxa bilməyib. Bosman qanunu həll etdiyi bir çox problemləri, həm də yeni formada yaratdı. Amma Aigner’in dediyi kimi də bunu fəlakət hesab etmək düzgün deyil. “Əgər geri qayıtmaq şansım olsa idi, etdiyim heç nəyi fərqli etməzdim. Bu mübarizənin davam etməsi və FIFPro’nun oyunçuların haqlarını qorumaq üçün verdiyi mübarizə mühümdür. Bir döyüşdə alib gəldik, lakin müharibəni hələ ki qazana bilməmişik.”

 

 

pahoo.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat