Güləşçilərimizdən iki medal

Sayta qoyulub: 13:51 06.08.2017 (358 dəfə oxunub)

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Dördüncü yarış günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb. Yığma komandamızın 2 üzvü yarışda iştirak edib və hər ikisi medal qazanıb. Güləşçilərimiz 1 gümüş və 1 bürünc medala sahib olub. 


48 kq-da mübarizə aparan Türkan Nəsirova bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Güləşçimiz ardıcıl olaraq Avstriya və Türkiyə təmsilçilərini vaxtından əvvəl, Qazaxstan və Tunis idmançılarını isə böyük xal fərqi ilə mübarizədən kənarlaşdırıb. Final görüşündə Yaponiya idmançısına uduzan Türkan gümüş medala yiyələnib. 


55 kq çəkidə yarışan Leyla Qurbanova ilk görüşündə Koreya idmançısına vaxtından əvvəl qalib gəlib. Ardınca Yaponiya təmsilçisinə uduzan güləşçimiz rəqibin finala yüksəlməsilə təsəlliverici görüşə qatılıb. Macarıstan təmsilçisi ilə gərgin keçən görüşü qalib başa vuran Leyla bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Ukrayna idmançısından üstün olan güləşçimiz çempionatın bürünc medalını qazanıb. 


48 kq 
FİNAL - Kika Kagata (JPN) - Türkan Nəsirova 4:0
1/2 final - Sarr Hamdi (TUN) - Türkan Nəsirova 4:13
1/4 final - Marina Zaxşevskaya (KAZ) - Türkan Nəsirova 6:11
1/8 final - Türkan Nəsirova - Zeynep Yetgil (TUR) 12:2 tuşe 
1/16 final - Türkan Nəsirova - Kim Marlies Gmeiner (AUT) 6:0 tuşe

 


55 kq 
Bürünc medal görüşü - Leyla Qurbanova - Olena Kremzer (UKR) 3:0
Təsəlliverici görüş - Tamara Dollak (HUN) - Leyla Qurbanova 7:15
1/4 final - Sae Nanjo (JPN) - Leyla Qurbanova 10:0
1/8 final - Leyla Qurbanova - Eunyoung Park (KOR) 6:0 tuşe

XƏBƏR LENTİ