Realdan Beylə qeyri-adi qadağa

Sayta qoyulub: 12:15 05.08.2017 (450 dəfə oxunub)

Real Madrid rəhbərliyi Qaret Beylə evinin yanında futbol oynamağa qadağa qoyub. Bu barədə  The Sun məlumat yayıb. Bir müddət əvvəl uelsli futbolçu evinin yanındakı bağının yanında futbol meydançası düzəldib və boş vaxtlarında dostları ilə futbol oynayır.Lakin klub bunu etməyə icazə vermədiyini bildirib.

 

Belə bir qərar Beylin belə oyunlarda zədə ala biləcəyi ilə əlaqədardır. Bu təqdirdə Real futbolçuya zədəyə görə sığorta ödəməyəcək.Xatırladaq ki, 2013-cü ildən bəri Realın heyətində Beyl 20-yə yaxın zədə alıb.

 

 

Realdan Beylə qeyri-adi qadağa

XƏBƏR LENTİ