Çelsi-Arsenal oyunu ilə İngiltərə yeni sistemə keçir

Sayta qoyulub: 09:58 05.08.2017 (392 dəfə oxunub)

İngiltərə futbol federasiyası superkubok oyununda heç-heçə olacağı təqdirdə penaltilər seriyası fərqli ardıcıllıqla yerinə yetiriləcək.

 

Bundan sonra belə yenilik İngiltərədəki bütün oyunlara da şamil ediləcək.

 

Yeni sistem penaltilər seriyasında son zərbəni yerinə yetirən komandaya qarşı daha ədalətli davranmaq üçün tətbiq edilir.

 

Sistem tennisdəki tay-breykdəki kimi olacaq. AB-BA-AB-BA . Əvvəllər isə ardıcıllıq belə idi AB-AB-AB-AB.

 

Çelsi-Arsenal oyunu ilə İngiltərə yeni sistemə keçir

XƏBƏR LENTİ